BMT rəhbər vəzifələrin bir qismini ləğv edəcək

29-05-2026, 08:17 1 472 dəfə baxılıb

 

BMT təşkilatın irimiqyaslı islahatı çərçivəsində yaxın iki ildə rəhbər vəzifələrin bir qismini azaltmağı və ləğv etməyi planlaşdırır.


“Yenisirvanli.info.az”  "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bəyan edib.


Onun sözlərinə görə, islahatlar üzv ölkələrin, o cümlədən ABŞ-nin üzvlük haqları üzrə yaranmış borclarının səbəb olduğu maliyyə böhranı fonunda zəruridir.


BMT rəhbəri bildirib ki, "UN80" proqramı çərçivəsində artıq 2026-cı il üçün büdcəni azaltmaq və 2 000-dən çox iş yerini Cenevrə və Nyu-York kimi bahalı şəhərlərdən daha ucuz regionlara köçürmək mümkün olub.


O əlavə edib ki, 2027-ci ilin büdcəsində idarəetmə pillələrinin ixtisarı və yüksəkvəzifəli ştatların sayının azaldılmasına başlanılması nəzərdə tutulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031