ABŞ səfirliyi Kiyevi tərk edib

28-05-2026, 15:20 1 499 dəfə baxılıb

 

ABŞ-nin Ukraynadakı səfirliyinin əməkdaşları Kiyevi tərk edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu Kiprdə jurnalistlərə açıqlamasında Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.


Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin bütün səfirlikləri isə Kiyevdə qalıb:


“Ukrayna tərəfindən dünən bildirildiyinə əsasən, bütün səfirliklər qalıb, yalnız birindən başqa. Avropa ölkələri qalıb, ABŞ tərk edib”.


Qeyd edək ki, mayın 25-də Rusiyanın Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, ölkə ordusu Starobelskdə kollecə edilən hücuma cavab olaraq Kiyevdə hərbi-sənaye kompleksinə aid müəssisələrə zərbələr endirməyə başlayır. Nazirlik xarici ölkə vətəndaşlarını, o cümlədən diplomatları və beynəlxalq təşkilatların nümayəndələrini Kiyevi mümkün qədər tez tərk etməyə çağırıb. Aİ isə diplomatlarını təxliyə etməkdən imtina edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031