Birbaşa danışıqlara bu tarixdə başlamaq istəyirlər

27-05-2026, 13:28 1 468 dəfə baxılıb

 

Avropa İttifaqı Ukraynanın quruma üzvlüyü ilə bağlı birbaşa danışıqlara Avropa Şurasının 18–19 iyunda keçiriləcək sammitinədək başlamaq niyyətindədir. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə məlumatı Aİ rəsmisinə istinadən “Euractiv” yayıb.


Bildirilib ki, hazırda çox şey Macarıstanın yeni hökumətinin mövqeyindən asılıdır. Belə ki, əvvəlki baş nazir Viktor Orbanın dövründə Budapeşt Ukraynanın üzvlüyü ilə bağlı birbaşa danışıqların başlanmasına veto qoyurdu.


Qeyd edək ki, mayın 21-də Almaniya kansleri Fridrix Merts Ukraynaya Aİ üzvlüyünə keçid mərhələsi kimi xüsusi status verilməsini təklif edib. Almaniya hökumətinin başçısı hesab edir ki, “assosiativ üzv” statusu ukraynalı rəsmilərə Avropa İttifaqının sammitlərində və nazirlərin görüşlərində iştirak etmək imkanı verəcək, lakin onlara səsvermə hüququ tanımayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031