Qalibaf və Əraqçi Qətərdə

25-05-2026, 18:43 1 452 dəfə baxılıb

 

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Seyid Abbas Əraqçi Dohaya səfər ediblər.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbəyə istinadən məlumat yayıb. 


Məlumata görə, səfərin məqsədi ABŞ ilə mümkün razılaşma barədə Qətərin hökumət başçısı və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə məsləhətləşmələr aparmaqdır. 


Tərəflər arasında keçiriləcək görüş zamanı ABŞ-İran münaqişəsinin dayandırılması yollarının müzakirə ediləcəyi bildirilir.


Məsləhətləşmələrdə əsas diqqət Hörmüz boğazı ətrafındakı vəziyyətə və İranda yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarına yönəldiləcək.


İran nümayəndə heyətinin tərkibinə həmçinin İranın Mərkəzi Bankının rəhbəri daxildir. Onun yekun razılaşma çərçivəsində dondurulmuş İran aktivlərinin mümkün aradan qaldırılmasının müzakirəsində iştirak edəcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031