“Bundan əvvəl diplomatiyaya tam şans verəcəyik”
“Vaşinqtonun Hörmüz boğazı ilə bağlı İranla razılığa gəlmək və İslam Respublikasının nüvə proqramı ilə bağlı danışıqlara başlamaq üçün yaxşı şansı var”.
“Yenisirvanli.info.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.
O həmçinin bildirib ki, ABŞ hakimiyyəti Tehranla diplomatik əlaqələrin istənilən nəticəni vermədiyinə inanarsa, İrana qarşı əlavə tədbirlər görmək üçün başqa variantlar axtaracaq.
“Alternativ variantları sınamazdan əvvəl diplomatiyaya tam şans verəcəyik”, - o qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: