“Xalq “get” desə, mən kiməm ki, getməyim?” - Paşinyan

23-05-2026, 16:31 1 423 dəfə baxılıb

 

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində İrəvanın Avan rayonuna səfər edib.


“Yenisirvanli.info.az” “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyanın rəhbərliyi ilə Avan rayonunda yürüş edən hakim “Vətəndaş Müqaviləsi” nümayəndələri sakinlərlə görüşüb, seçki bukletləri paylayıb və xalqı seçkilərdə fəal iştirak etməyə çağırıblar.


Baş nazir öz çıxışında ölkədə yeganə qərarverici qüvvənin xalq olduğunu bildirib:


“Bu, mənim və komandamın siyasi fəaliyyətinin əsas prinsipidir. Xalq mənim getməli olduğumu qərara aldığı an heç bir müzakirə aparmadan postumu tərk edəcəyəm. Əgər seçicilərin yarısından çoxu (50+1%) “Nikol, qal” desə, qalacağam. Yox, əgər “get” desələr, Nikol kimdir ki, getməsin? Nikol sadəcə bir xidmətçidir. Görmüsünüzmü, xidmətçi “yox, getmirəm” deyə bilərmi?”.


Xatırladaq ki, Ermənistanda mayın 8-də start götürən seçkiqabağı təşviqat kampaniyası iyunun 5-nə qədər davam edəcək. Parlament seçkilərində iştirak etmək üçün 19 siyasi qüvvə (2 ittifaq və 17 partiya) qeydiyyatdan keçib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031