Putin və Tramp Çində görüşə bilərlər

Dünən, 17:37 1 375 dəfə baxılıb

 

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) sammiti çərçivəsində görüşə bilərlər.


“Yenisirvanli.info.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.


“Düşünürəm ki, bütün hallarda, əgər hər iki lider Çindədirsə, çox güman ki, onların yolları kəsişəcək. Hələlik bu barədə razılıq əldə edilməyib, lakin kiminsə bundan imtina etmə ehtimalı azdır”, - o bildirib.


Bununla belə, Uşakov Moskva və Vaşinqtonun Çində dövlət başçıları arasında görüşün keçirilməsi ilə bağlı bir-biri ilə əlaqə saxlamadıqlarını deyib.


Qeyd edək ki, ASİƏT-in növbəti sammiti bu ilin noyabr ayında Çində keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031