Vergi yoxlamalarından ömürlük toxunulmazlıq aldı

20-05-2026, 10:18 1 366 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp federal hökumətlə ona və onun biznesinə, eləcə də ailə üzvlərinə qarşı bütün vergi hesabatı yoxlamalarına xitam verən müqavilə bağlayıb.


“Yenisirvanli.info.az” “The Wall Street Journal”a istinadən xəbər verir ki, sənədi ölkənin baş prokuror əvəzi Todd Blanş imzalayıb.


Məlumata görə, müddətsiz olan bu müqavilə mayın 18-i qəbul edilmiş başqa bir sənədə əlavədir. Belə ki, həmin sənəd hakimiyyət orqanları tərəfindən qəsdən vergi təqibinə məruz qalmış insanlara kompensasiya ödənilməsi üçün 1,8 milyard dollar həcmində fondun yaradılmasını ehtiva edir. Eyni zamanda, Tramp podratçı tərəfindən vergi bəyannamələrinin sızdırılması ilə bağlı ABŞ Vergi Xidmətinə qarşı iddiasını geri götürüb və digər araşdırmalarla bağlı inzibati şikayətlərinə xitam verib.


Yoxlamaların dayandırılmasının prezidentə və onun ailəsinə ciddi maliyyə üstünlükləri qazandıracağı bildirilir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031