Qadınların ölkədən çıxış məhdudiyyətini ləğv etdilər

16-05-2026, 12:26 1 268 dəfə baxılıb

 

Ukraynada qadınların ölkəni tərk etməsinə tətbiq edilən məhdudiyyətlər tam aradan qaldırılıb. 


“Yenisirvanli.info.az” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Yuliya Sviridenko bildirib.


O, hökumətin yeni qərarına əsasən bildirib ki, dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında, dövlət müəssisələrində və məhkəmələrdə tutduqları vəzifələrdən asılı olmayaraq, bütün qadınlar üçün istisnasız olaraq sərhədi keçmə məhdudiyyəti ləğv edilib. 


Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Ukraynada vətəndaşların müəyyən kateqoriyaları üçün sərhədi keçmə məhdudiyyətləri tətbiq edilib. Hərbi çağırış yaşında olan kişilərə tətbiq edilən ümumi çıxış qadağası qadınlara şamil edilməsə də, ayrı-ayrı normalar dövlət sektorunda çalışan qadınların ölkədən çıxışını məhdudlaşdırırdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031