Putinin xaricdə Rusiya ordusundan istifadə səlahiyyətləri genişləndirildi

13-05-2026, 19:42 1 229 dəfə baxılıb

 

Rusiya Dövlət Duması ölkə prezidentinin silahlı qüvvələrdən ölkə xaricində istifadə səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən qanunu ikinci və üçüncü oxunuşlarda qəbul edib. 


“Yenisirvanli.info.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, “Vətəndaşlıq haqqında” və “Müdafiə haqqında” federal qanunlara edilən düzəlişlərə əsasən, bundan sonra Prezident Vladimir Putin xaricdə Rusiya vətəndaşlarının həbs edilməsi, saxlanılması, cinayət və digər təqibə məruz qalması hallarında onların müdafiəsi üçün ordunun xidmətlərindən yararlana biləcək.


Məlumata görə, söhbət rusiyalıların xaricdə Rusiyanın iştirakı olmadan səlahiyyətlərə malik olan məhkəmələr, eləcə də Rusiyanın tanımadığı beynəlxalq məhkəmə orqanları tərəfindən həbs edildiyi hallardan gedir. 


Qeyd edək ki, qüvvədə olan “Təhlükəsizlik haqqında” federal qanuna əsasən, prezident ölkələrin və ya beynəlxalq orqanların Rusiyanın maraqlarına zidd və ya Rusiyada ictimai hüquq qaydalarının əsaslarına zidd qərarlar qəbul etdiyi hallarda qoşunları xaricə göndərmək hüququna malikdir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031