“Ermənistan səfiri ilə söhbət sərt məcrada keçib”

8-05-2026, 13:20 1 158 dəfə baxılıb

 

“Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanla Rusiya Xarici İşlər Nazirliyində söhbət sərt məcrada keçib”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Rusiyanın “Russia Today” (RT) kanalı adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.


“Mayın 9-u ərəfəsində İrəvanda təşkil edilmiş anti-Rusiya yığıncağı və Zelenskinin Ermənistan paytaxtında bütün iştirakçıların susqun razılığı fonunda səsləndirdiyi birbaşa terror hədələri, Ermənistan rəhbərliyinin Moskvada üzərinə götürdüyü müttəfiqlik öhdəlikləri və dostluq təminatları ilə ziddiyyət təşkil edir”, - kanalın “Telegram” kanalında edilmiş paylaşımda deyilir.


Xatırladaq ki, ötən gün Ermənistanın Rusiyadakı səfiri Rusiya XİN-ə çağırılıb. Səfirə Ukrayna Prezidenti Volodimir Zelenskiyə Ermənistanda Rusiyaya qarşı terror təhdidləri etmək üçün platformanın yaradılmasının qəti şəkildə qəbuledilməz olduğu bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031