Məhkəmə Trampın tarif qərarlarını qanunsuz hesab etdi

8-05-2026, 09:37 1 143 dəfə baxılıb

 

ABŞ Beynəlxalq Ticarət Məhkəməsi Prezident Donald Tramp administrasiyasının tətbiq etdiyi qlobal tariflərin qanunsuz olduğuna qərar verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Nyu-Yorkda yerləşən məhkəmə bir neçə ştat və şirkətin qaldırdığı iddia üzrə qərarını açıqlayıb.


Qərarda bildirilib ki, Trampın 1974-cü il Ticarət Qanununun 122-ci maddəsinə əsaslanaraq imzaladığı və “Əsas Beynəlxalq Ödəniş Problemlərinin Həlli üçün Müvəqqəti İdxal Əlavə Vergilərinin Tətbiqi” adlanan prezident sərəncamı hüquqi baxımdan etibarsızdır.


Məhkəmə xüsusilə Vaşinqton ştatı ilə yanaşı, “Burlap & Barrel” və “Basic Fun” şirkətlərinin xeyrinə qərar çıxarıb. Qərara əsasən, həmin tərəflərdən alınan əlavə tariflər qanuni faizlə birlikdə geri qaytarılmalıdır.


Qeyd edək ki, məsələ ABŞ Ali Məhkəməsinin fevral ayında verdiyi qərardan sonra gündəmə gəlmişdi. Ali Məhkəmə Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanununun prezidentə birbaşa tarif tətbiq etmək səlahiyyəti vermədiyini açıqlamışdı.


Buna baxmayaraq, Donald Tramp həmin gün əlavə 10 faizlik qlobal tarif tətbiq edən sərəncam imzalamışdı. Daha sonra isə bu tarif dərəcəsinin 15 faizə qaldırılacağını bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031