CIA İranla bağlı hesabat hazırladı - “Ən azı 3-4 ay...”

8-05-2026, 08:28 1 145 dəfə baxılıb

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency – CIA) İranın mümkün müharibə və blokada şəraitində davamlılıq imkanlarına dair yeni qiymətləndirmə hazırlayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, hesabata görə, İran ciddi iqtisadi çətinliklərlə üzləşmədən ən azı 3-4 ay müddətində ABŞ-nin dəniz blokadasına tab gətirə bilər.


Sənəd ABŞ administrasiyasına təqdim edilib və nəticələr barədə məlumat “The Washington Post” nəşrində dərc olunub.


Məlumata əsasən, hazırkı gərginlik Hörmüz boğazı ətrafında artmaqda davam edir. ABŞ və İran arasında qarşılıqlı hücumlar və cavab əməliyyatlarına baxmayaraq, tərəflər arasında elan edilən atəşkəsin formal olaraq qüvvədə olduğu bildirilir.


CIA təhlilində qeyd olunur ki, İranın iqtisadi təzyiqlərə davamgətirmə qabiliyyəti gözləniləndən yüksəkdir və blokada daha uzunmüddətli olarsa belə, Tehran bir neçə ay ərzində ciddi sistem çöküşü yaşamaya bilər.


Hesabatda həmçinin İranın hərbi imkanlarına dair qiymətləndirmələr yer alıb. Bildirilir ki, ölkə mobil raket buraxılış sistemlərinin 75 faizini və raket ehtiyatlarının təxminən 70 faizini qoruyub saxlayır. Bundan əlavə, yeraltı hərbi anbarların əsas hissəsinin yenidən bərpa edildiyi vurğulanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031