“Azadlıq Layihəsi”nin dayandırılacağını açıqladı - “Qarşılıqlı razılığa gəldik”

6-05-2026, 08:19 1 116 dəfə baxılıb

 

“Azadlıq Layihəsi” müvəqqəti dayandırılacaq.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.


O bildirib ki, ABŞ Hörmüz boğazından gəmilərin hərəkətini təmin edən əməliyyatı – “Azadlıq Layihəsi”ni müvəqqəti dayandıracaq.


Tramp bu qərarı İran nümayəndələri ilə Tam və Yekun Saziş istiqamətində böyük irəliləyiş əldə edilməsi və Pakistan daxil olmaqla, digər ölkələrin tələbləri ilə izah edib.


“Qarşılıqlı razılığa gəldik ki, blokada tam qüvvədə qalacağı halda, Saziş yekunlaşdırılıb imzalanana qədər “Azadlıq Layihəsi” qısa müddətə dayandırılsın”, - o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031