Erməni səfirin seyfini oğurladılar, sonra parka atdılar - Qarətin detalları

3-05-2026, 14:52 1 116 dəfə baxılıb

 

Naməlum şəxslər Ermənistanın Praqadakı səfirliyini qarət ediblər.


“Yenisirvanli.info.az” “Irozhlas”a istinadən xəbər verir ki, hadisə 2025-ci ilin 9 dekabrında baş versə də, bu haqda məlumat yeni yayılıb.


Bildirililir ki, həmin şəxslər əvvəlcə ildırımötürücü vasitəsilə səfirliyin ikinci mərtəbəsindəki terrasa çıxıblar.


Binaya girdikdən sonra oğrular birbaşa səfirin otağını talayıblar. İçəridə onun çəkməcəli masasını sındırıb sonra qonaq otağı ilə arakəsməyə bitişik olan seyfi qırıb götürüblər.


Qeyd edilir ki, soyğundan iki həftə yarım sonra, 26 dekabrda polis əməkdaşları oğurlanmış seyfi səfirlik binasının yaxınlığında yerləşən meşə parkında aşkar ediblər.


Maraqlısı isə budur ki, yoxlama zamanı oğruların seyfi sındıra bilmədikləri elə buna görə də parka atdıqları ortaya çıxıb. Qeyd edilir ki, onun içindəkilərin hər şey salamat qalıb.


Soyğunçular tərəfindən diplomatik nümayəndəliyin əmlakına ümumilikdə 18.000 Çexiya kronu (təxminən 1500 AZN) zərər dəyib.


Əlavə edilib ki, Çexiya polisi bir neçə ay axtarış aparsa da, cinayətkarları müəyyən edə bilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031