“Biz də dəniz quldurlarıyıq, oyun oynamırıq”

2-05-2026, 10:33 1 087 dəfə baxılıb

 

“ABŞ hərbçiləri İran nefti daşıyan tankerləri ələ keçirərkən dəniz quldurları kimi davranırlar”. 


“Yenisirvanli.info.az” xarici mətbuata istinadən xəbər verir ki, bu etirafı ABŞ Prezidenti Donald Tramp Uest-Palm-Biçdə (Florida ştatı) yerli “Forum” klubunun üzvləri qarşısında çıxışı zamanı edib.


ABŞ Silahlı Qüvvələrinin ümumilikdə 3,8 milyon barrel neft daşıyan iki İran tankeri - “Majestic” və “Tifani”ni ələ keçirməsi haqqında danışan dövlət başçısı “gəmilərin ələ keçirildiyini və yükün götürüldüyünü” deyib.


“Biz nefti götürdük, bu, çox gəlirli biznesdir. Kim düşünə bilərdi - biz dəniz quldurları kimi davrandıq... Biz də bir növ dəniz quldurlarıyıq, oyun oynamırıq”, - o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031