Moskvadakı paradda hərbi texnika olmayacaq

29-04-2026, 12:41 1 084 dəfə baxılıb

 

Moskvada faşizm üzərində qələbənin 81-ci ildönümünə həsr olunan parad hərbi texnikanın iştirakı olmadan keçiriləcək.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. 


Nazirlik səbəb olaraq hazırda davam edən hərbi əməliyyatlarla bağlı cari operativ vəziyyəti göstərib.


Paradda həmçinin Suvorov hərbi və Naximov məktəblərinin, kadet korpuslarının şagirdlərinin iştirak etməyəcəyi bildirilir. 


Əvəzində yayım zamanı Rusiya Silahlı Qüvvələrinin hərbi əməliyyatlarda iştirak edən, döyüş növbəsi və döyüş xidməti daşıyan bütün qoşun növlərinin hərbi qulluqçularının fəaliyyəti nümayiş olunacaq. Onlar sırasında Strateji Təyinatlı Raket Qoşunlarının, Hərbi-Kosmik Qüvvələrin idarəetmə məntəqələrindəki, eləcə də Hərbi-Dəniz Donanmasının gəmilərindəki heyətləri var.


Paradın aviasiya hissəsi isə baş tutacaq. Belə ki, Qələbə paradı zamanı Qırmızı Meydanın üzərindən Rusiyanın aviasiya qruplarının təyyarələri uçacaq. 


“Paradın sonunda “Su-25” hücum təyyarələrinin pilotları Moskva səmasını Rusiya bayrağının rənglərinə boyayacaq”, - məlumatda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031