Ağ Evdə Kralı qonaq etdilər - Fotolar - Video

28-04-2026, 08:41 1 031 dəfə baxılıb


ABŞ Prezidenti Donald Tramp və Birinci xanım Melaniya Tramp Vaşinqtonda Ağ Evdə rəsmi səfərdə olan Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamillanı dövlət mərasimi ilə qarşılayıblar.


“Yenisirvanli.info.az” xəbər verir ki, səfər Trampın ikinci prezidentlik dövründə ilk irimiqyaslı dövlət qonaqlığı kimi qiymətləndirilir.


Kral ailəsinin Ağ Evə gəlişi Cənub Qapısında rəsmi hərbi mərasimlə başlayıb. Daha sonra tərəflər diplomatik gündəliyin ilkin müzakirəsi üçün ənənəvi çay süfrəsində bir araya gəliblər.


Ağ Evdə keçirilən ilk görüşdə tərəflərin ABŞ-Böyük Britaniya münasibətləri, qlobal təhlükəsizlik və strateji əməkdaşlıq məsələlərini müzakirə etdiyi bildirilir. Görüşün səmimi atmosferdə keçdiyi qeyd olunur.


Daha sonra Tramp cütlüyü Kral ailəsinə Ağ Evin həyətində yaradılmış Ağ Ev formasındakı arı yeşiyini göstəriblər.


Kral III Çarlz və Kraliça Kamillanın ABŞ-yə dörd günlük səfəri geniş proqramla davam edəcək. Planlaşdırılan tədbirlər arasında Ağ Evdə rəsmi dövlət şam yeməyi, Cənub bağında hərbi protokol mərasimi, Nyu-Yorkda 11 Sentyabr Memorialına ziyarət, Virciniyada tarixi anım tədbirləri yer alır.


Vaşinqtonda səfərlə əlaqədar təhlükəsizlik rejimi gücləndirilib. Ağ Ev və rəsmi karvan marşrutu boyunca əlavə nəzarət tədbirlərinin görüldüyü bildirilir.


ABŞ mediası səfəri “Vaşinqton-London xəttində xüsusi münasibətin təsdiqi” kimi dəyərləndirib. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031