İran ABŞ-yə xəbərdarlıq etdi - “Adekvat reaksiya verəcəyik”

25-04-2026, 16:20 1 025 dəfə baxılıb

 

İran ordusu ABŞ-nin tətbiq etdiyi dəniz blokadasına qarşı sərt bəyanat yayaraq, Hörmüz boğazı ətrafında hərbi qarşıdurma anonsu verib.


“Yenisirvanli.info.az” “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı rəsmi məlumat yayıb.


Bəyanatda bildirilir ki, ABŞ-ın İrana qarşı dəniz blokadası davam edəcəyi təqdirdə, İran ordusu buna güclü və adekvat reaksiya verəcək.


Qərargah İranın Hörmüz boğazı üzərindəki nəzarətini qorumaqda qətiyyətli olduğunu vurğulayıb. Rəsmi Tehran ölkəyə qarşı istənilən yeni hücum və ya blokada cəhdinə hərbi yolla cavab verməyə tam hazır olduqlarını bəyan edib.


Xatırladaq ki, son günlər ABŞ və İran arasında diplomatik və hərbi gərginlik pik həddə çatıb. Vaşinqtonun İran limanlarına tətbiq etdiyi dəniz blokadası bölgədə neft nəqlini və qlobal ticarəti təhlükə altına qoyub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031