Makron siyasətdən getmək istəyir

24-04-2026, 13:48 1 018 dəfə baxılıb

 

Fransa lideri Emmanuel Makron prezidentlik müddəti başa çatdıqdan sonra siyasəti tərk edə bilər.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu dövlət başçısı Kiprin paytaxtı Nikosiyada məktəblilərlə görüşü zamanı bəyan edib.  


“Mən bundan əvvəl siyasətlə məşğul olmamışdım, bundan sonra da məşğul olmayacağam”, - Makron bildirib. 


Yerli mətbuat hesab edir ki, bu bəyanat birmənalı olaraq onun prezidentlik müddəti başa çatdıqdan sonra siyasi fəaliyyətini davam etdirməmək niyyətinə işarə edir.


Şagirdlərdən birinin onun nə vaxt prezident olmaq qərarına gəldiyi ilə bağlı sualı isə Makron belə cavablandırıb: “Məni hər zaman ölkəmin həyatı maraqlandırır, lakin bunun üçün mütləq prezident olmaq lazım deyil”.


Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu 2027-ci ilin aprelinə planlaşdırılıb. Makronun səlahiyyət müddəti isə 2027-ci il mayın 13-də başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031