Aİ Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilər

22-04-2026, 12:41 996 dəfə baxılıb

 

Avropa İttifaqı (Aİ) müxalifətə və müstəqil mətbuata qarşı davranışına görə Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə hazırdır. 


“Yenisirvanli.info.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.


Onun sözlərinə görə, birliyə daxil olan ölkələrdən yalnız biri bu qərarı bloklayır.


“Ümumi əhval belədir ki, əgər biz sanksiyalarda israr edirdiksə, 26 ölkə bizi dəstəklədi və yalnız biri əleyhinə çıxdı. Nəticə etibarilə, biz gürcü xalqı ilə daha çox işləməliyik ki, insanlar xoşməramlı olduğumuzu görsün. Lakin eyni zamanda Gürcüstan hökumətinə də seçdiyi istiqamətin Avropa dəyərlərinə uyğun gəlmədiyinə dair aydın siqnallar vermək lazımdır”, - Kallas Aİ-nin xarici işlər nazirlərinin iclasınının yekunlarına dair mətbuat konfransında söyləyib. 


O, bəzi ölkələrdə yeni hökumətlər formalaşdıqdan sonra sanksiyalar məsələsinə yenidən qayıdacaqlarını əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031