Onların İslamabada göndərildiyini təsdiqlədi - “Artıq yoldadırlar”

20-04-2026, 19:16 989 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp “New York Post” qəzetinə verdiyi açıqlamada İranla gərginliyi azaltmaq üçün yüksəksəviyyəli nümayəndə heyətinin İslamabada göndərildiyini təsdiqləyib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Amerika lideri danışıqların ikinci mərhələsində iştirak edəcək heyətə vitse-prezident Cey. Di. Vens, xüsusi elçilər Stiven Uitkoff və Cared Kuşnerin daxil olduğunu bildirib.


“Onlar artıq yoldadırlar və bu axşam vaxtında orada olacaqlar. Tərəflər üzərlərinə götürdükləri ciddi öhdəliklərə sadiqdirlər”, – deyə Tramp vurğulayıb.


Xatırladaq ki, bundan əvvəl CNN rəsmi Tehranın danışıqlar masasında öz şərtlərini kəskinləşdirdiyini bildirmişdi. Məlumata görə, İran ABŞ-dən sanksiyaların yumşaldılmasını və xarici banklarda dondurulmuş 20 milyard dollardan çox aktivinin dərhal sərbəst buraxılmasını tələb edir. Eyni zamanda İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, ölkəsinin zənginləşdirilmiş uranı xaricə ixrac etmək planı yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031