“İranla sülh sazişi olacaq, əgər qəbul etməsələr...”

19-04-2026, 17:48 983 dəfə baxılıb

 

“İranla sülh sazişi olacaq, bu, mütləq baş verəcək”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu “ABC News”a açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.


O, İranla bağlı mümkün sülh sazişinin əldə olunacağına inandığını bildirib və prosesin gec-tez reallaşacağını vurğulayıb.


Tramp İranın atəşkəsi “ciddi şəkildə pozduğunu” desə də, sülh razılaşmasına ümidli olduğunu qeyd edib.


“Bu baş verəcək. Bu və ya digər şəkildə. Asan və ya çətin şəkildə. Bu baş verəcək”, – deyə o bildirib.


Tramp həmçinin ABŞ nümayəndə heyətinin sülh danışıqları üçün sabah axşam İslamabada yola düşəcəyini açıqlayıb.


Onun sözlərinə görə, Vaşinqton tərəfi ədalətli və məqbul hesab etdiyi bir razılaşma təklif edir və İranın bunu qəbul edəcəyinə ümid edir.


ABŞ Prezidenti xəbərdarlıq tonunda bildirib ki, əgər razılaşma əldə olunmasa, ABŞ İranın infrastrukturuna qarşı sərt addımlar ata bilər.


“Əgər qəbul etməsələr, ABŞ İrandakı hər bir elektrik stansiyasını və hər bir körpünü yerlə-yeksan edəcək”, –

Tramp qeyd edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031