Bolqarıstanda növbədənkənar parlament seçkisi keçirilir

19-04-2026, 08:32 968 dəfə baxılıb

 

Bolqarıstanda növbədənkənar parlament seçkisi keçirilir.


Yenisirvanli.info.az TASS-a istinadən xəbər verir ki, ölkə üzrə 12 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 07:00-da açılıb (Bakı vaxtı ilə 08:00 red.) və 20:00-dək (21:00) fəaliyyət göstərəcək.


Məlumata görə, seçici siyahılarına 6.5 milyondan çox vətəndaş daxil edilib. 240 yerlik parlamentdə mandat uğrunda 14 siyasi partiya və 10 koalisiyanın 4 786 namizədi mübarizə aparır.


Son sorğulara əsasən, parlamentə ən azı beş siyasi qüvvənin daxil olacağı gözlənilir, daha dörd blok isə 4%-lik səddi keçmək şansına malikdir.


Ekspertlər seçici fəallığının yüksək olacağını bildirir, təxminən 3.3 milyon nəfərin səsvermədə iştirak edəcəyi proqnozlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031