Trampın uranla bağlı iddialarını təkzib etdi

18-04-2026, 08:37 973 dəfə baxılıb

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidenti Donald Trampın İranın zənginləşdirilmiş uranının ABŞ-yə daşınacağı ilə bağlı iddialarını təkzib edib.


“Yenisirvanli.info.az”ın məlumatına görə, Bəqayi televiziya proqramında çıxışı zamanı bildirib ki, bu məsələ nə gündəmdədir, nə də danışıqların bir hissəsidir.


Onun sözlərinə görə, İran üçün zənginləşdirilmiş uran strateji əhəmiyyət daşıyır və ölkədən çıxarılması mümkün deyil.


“İranın zənginləşdirilmiş uranı heç bir halda başqa yerə daşınmayacaq”, - deyə o vurğulayıb.


Sözçü əlavə edib ki, aparılan danışıqlarda uranın xaricə çıxarılması məsələsi, ümumiyyətlə, müzakirə olunmur və Tehran bunu heç vaxt seçim kimi nəzərdən keçirməyib.


Qeyd edək ki, Donald Tramp daha əvvəl İranın “hər şeydə razılığa gəldiyini” və zənginləşdirilmiş uranın çıxarılması məsələsində ABŞ ilə əməkdaşlıq edəcəyini iddia etmişdi. O bildirmişdi ki, razılaşma əldə olunacağı təqdirdə ABŞ tərəfi iranlılarla birlikdə uranı götürərək ölkədən çıxaracaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031