“Raket qurğularımız ABŞ gəmilərinə tuşlanıb”

16-04-2026, 16:33 986 dəfə baxılıb

 

“İran ABŞ hərbi dəniz qüvvələrinin Fars körfəzindəki gəmilərini batıra bilər”. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu bəyanatla İranın Məsləhət Şurasının üzvü Möhsün Rezayi dövlət televiziyasının efirində çıxış edib.


“Atəşkəs rejiminin uzadılması bizim maraqlarımıza uyğun deyil. Bu mənim şəxsi fikrimdir. Təzyiq artırılmalıdır. Bizim raket qurğularımız hazırda gəmilərə tuşlanıb və biz hamısını batıracağıq. Heç kim bizdən qaça bilməyəcək”, - o deyib.


Rezayinin sözlərinə görə, hazırda həm atəşkəsi davam etdirmək, həm də danışıqlar aparmaq üçün əsaslar mövcuddur: “Lakin bu hərbi sakitlikdir, yekun atəşkəs deyil. Ali Lider məhz bu ifadədən istifadə edir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031