“Hörmüzün açılması yekdil tələbdir”

16-04-2026, 09:21 983 dəfə baxılıb

 

“Hörmüz boğazının açılması beynəlxalq ictimaiyyətin yekdil tələbidir”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı deyib.


Vanq Yi qeyd edib ki, Hörmüz boğazı üzrə İranın suverenliyi, təhlükəsizliyi və qanuni hüquqları hörmətlə qarşılanmalıdır. Bununla yanaşı, o, bölgədə dəniz naviqasiyasının azad və təhlükəsiz şəkildə təmin edilməsinin vacibliyini vurğulayıb.


Çinli nazirin sözlərinə görə, boğazın normal keçidinin bərpası beynəlxalq ictimaiyyətin yekdil çağırışıdır.


Vanq Yi həmçinin mövcud vəziyyəti “müharibə və sülh arasında kritik mərhələ” kimi xarakterizə edib və diplomatik həll üçün imkan pəncərəsinin mövcud olduğunu bildirib.


Məlumata əsasən, Abbas Əraqçi isə Çin tərəfinə İranın danışıqlar yolu ilə “rasional və real həll yolları” axtarmağa hazır olduğunu deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031