“Hörmüz boğazını həmişəlik açmağımızdan çox məmnundurlar”

15-04-2026, 17:18 972 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını həmişəlik açdığını iddia edib. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb. 


“Çin mənim Hörmüz boğazını həmişəlik açmağımdan çox məmnundur. Mən bunu həm onlar, həm də bütün dünya üçün edirəm. Belə vəziyyət bir daha təkrarlanmayacaq. Onlar İrana silah göndərməməyə razılıq veriblər”, - ABŞ dövlət başçısı bildirib. 


Trampın sözlərinə görə, Çin sədri Si Cinpin onu mayda Pekinə planlaşdırılan səfəri zamanı “çox möhkəm” qucaqlayacaq. O, Çin lideri ilə ağıllı və çox yaxşı işlər gördüklərini bildirib. 


“Bu, müharibə etməkdən daha yaxşı deyilmi??? Amma unutmayın, lazım gələrsə, biz müharibə etməyi çox yaxşı bacarırıq - hər kəsdən qat-qat daha yaxşı!!!”, - Tramp əlavə edib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031