İranda xariclə əlaqəli daha 6 nəfər həbs edildi

15-04-2026, 15:19 974 dəfə baxılıb

 

İranın Kəşfiyyat Nazirliyi İsraillə əlaqəli separatçı terror qruplaşmasının başçısı olduğu iddia edilən şəxsi saxlayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə məlumatı İranın dövlət teleradio şirkəti yayıb.


Sözügedən şəxsin başçılıq etdiyi qruplaşmanın ölkənin Xuzestan ostanı ərazisində çoxsaylı sui-qəsdlər həyata keçirdiyi, partlayıcı maddələr yerləşdirdiyi iddia olunur.


İranın cənubundakı Hörmözqan ostasında isə beş nəfər “düşmən xarici mətbuat orqanları ilə” əlaqə yaratmaq ittihamı ilə saxlanılıb. Onlardan 3 nəfərin kişi, 2 nəfərin qadın olduğu bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031