“Onları şantaj etmək niyyətində deyilik”

15-04-2026, 13:32 963 dəfə baxılıb

 

“İrəvan Avropa İttifaqına inteqrasiya məsələsində Brüsseli şantaj etmək niyyətində deyil”.


“Yenisirvanli.info.az” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.


“Bəli, biz Avropa İttifaqına üzvlük prosesinin başlaması barədə qanun qəbul etmişik, lakin bizim strategiyamız ondan ibarətdir ki, Avropa İttifaqı ilə münasibətdə şantaj alətlərindən istifadə etməyə hazırlaşmırıq. Yəni biz qəbul etdik, indi isə gələn ay siz bizi Avropa İttifaqına qəbul edin. Bu prosesdə bizə emosiyalar lazım deyil”, - o bildirib.


Paşinyanın sözlərinə görə, Ermənistan üçün bu prosesdə əsas olan Avropanın yüksək standartlarına uyğun olmaqdır.


Xatırladaq ki, Ermənistan parlamentinin deputatları 2025-ci il martın 26-sı ikinci və yekun oxunuşda ölkənin Aİ-yə daxil olması prosesinin başlaması barədə qanun qəbul ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031