ABŞ İran neftinin satışına icazə verməyəcək

15-04-2026, 09:23 959 dəfə baxılıb

 

ABŞ dənizdə gözləyən İran neftinin satışına icazə verən müvəqqəti lisenziyanın müddətinin başa çatmasından sonra uzadılmayacağını açıqlayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki,bununla bağlı ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.


Bildirilib ki, İran neftinə qarşı “maksimum təzyiq” siyasəti çərçivəsində sərt addımlar davam etdirilir.


Vurğulanıb ki, İran neftinin satışına icazə verən qısamüddətli lisenziyanın müddəti yaxın günlərdə başa çatacaq və onun uzadılması nəzərdə tutulmur.


Həmin lisenziya əvvəlki qaydalara əsasən 20 mart saat 00:01-dən əvvəl gəmilərə yüklənmiş İran xam nefti və neft məhsullarının satışına, çatdırılmasına və boşaldılmasına müvəqqəti icazə verirdi.


Qərara görə, icazənin müddəti 19 aprel saat 00:01-də başa çatırdı və bundan sonra əməliyyatların hüquqi statusu dəyişəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031