“İsrail İranla münaqişənin eskalasiyasına hazırlaşır”

13-04-2026, 11:44 958 dəfə baxılıb

 

“İsrail Müdafiə Qüvvələri İranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri mənbələrə istinadən məlumat yayıb.


Buna səbəb kimi İslamabadda ABŞ ilə İran arasında keçirilən atəşkəs danışıqlarında razılığın əldə olunmaması göstərilir.


“Ölkədə ivrit dilində yayımlanan üç ən böyük televiziya kanalının hamısı ABŞ ilə İslam Respublikası arasında atəşkəs danışıqlarının iflasa uğramasından sonra İsrail Müdafiə Qüvvələrinin İranla münaqişənin bərpasına hazırlaşdığını bildirdi”, - nəşr yazıb.


Qeyd olunur ki, bu məlumat uğurla yekunlaşmayan İslamabad danışıqlarının başa çatmasından dərhal sonra məlum olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031