“Bu məsələ çox ciddi şəkildə nəzərdən keçiriləcək”

13-04-2026, 08:22 939 dəfə baxılıb

 

“ABŞ NATO çərçivəsində öz siyasətini çox ciddi şəkildə yenidən nəzərdən keçirməyi planlaşdırır”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.


“Biz NATO-ya trilyonlarla dollar xərcləyirik ki, onlar Rusiyaya qarşı müdafiə mövqeyində dayana bilsinlər. Uzun müddətdir düşünürəm ki, bu, bir qədər gülməlidir. Düşünürəm ki, bu məsələ çox ciddi şəkildə nəzərdən keçiriləcək”, - Tramp qeyd edib.


ABŞ lideri həmçinin İran məsələsinə də toxunaraq qeyd edib ki, İranın danışıqlar masasına qayıdıb-qayıtmayacağı ilə bağlı narahatlıq keçirmir: “Onların danışıqlar masasına qayıdıb-qayıtmaması məni narahat etmir. Əgər qayıtmasalar, bu da məni qane edər. İran çox pis və çıxılmaz vəziyyətdədir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031