ABŞ İranın dondurulmuş vəsaitlərini azad etməyə razılaşdı

11-04-2026, 14:36 942 dəfə baxılıb

 

İslamabadda keçirilən ABŞ-İran danışıqları fonunda Vaşinqtonun Qətərdə və digər xarici banklarda saxlanılan İran vəsaitlərinin dondurulmasının ləğvinə razılıq verdiyi bildirilir.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi yüksək vəzifəli İran mənbəsinə istinadən məlumat yayıb.


Mənbə bu addımı danışıqlarda irəliləyiş və ABŞ-nin razılaşmaya ciddi yanaşmasının göstəricisi kimi qiymətləndirib.


Qeyd edilib ki, vəsaitlərin azad edilməsi Hörmüz boğazında təhlükəsiz keçidin təmin olunması ilə birbaşa bağlıdır və bu məsələ danışıqlarda əsas mövzulardan biridir.


Mənbələrdən biri azad ediləcək vəsaitin həcmini açıqlamasa da, digər İran rəsmisi Qətərdə saxlanılan təxminən 6 milyard dolların sərbəst buraxılmasının müzakirə edildiyini bildirib. ABŞ tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.


Qeyd edək ki, sözügedən vəsaitlər ilk dəfə 2018-ci ildə, Donald Tramp administrasiyasının İrana qarşı sanksiyaları bərpa etməsindən sonra dondurulmuşdu. Bu pullar İranın Cənubi Koreyaya neft satışından əldə etdiyi gəlirlərdən formalaşıb.


2023-cü ildə ABŞ və İran arasında əsir mübadiləsi çərçivəsində vəsaitlərin azad edilməsi planlaşdırılsa da, “Həmas”ın İsrailə hücumlarından sonra Co Bayden administrasiyası tərəfindən yenidən dondurulmuşdu.


Həmin dövrdə vəsaitlər Qətərə köçürülərək humanitar məqsədlərlə – qida, dərman və tibbi avadanlıqların alınması üçün istifadə olunmalı idi və ABŞ Xəzinədarlığının nəzarəti altında saxlanılırdı.


Hazırda isə bu vəsaitlərin taleyi İslamabadda davam edən danışıqların əsas müzakirə mövzularından biridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031