İran tərəfdən danışıqlar masasında onlar əyləşəcək - Adlar

9-04-2026, 18:12 944 dəfə baxılıb

 

İran və ABŞ arasında Pakistanda keçirilməsi planlaşdırılan tarixi danışıqlarda Tehranı təmsil edəcək yüksəksəviyyəli nümayəndə heyətinin tərkibi məlum olub.


“Yenisirvanli.info.az” “Əl-Mayadeen” televiziyasına istinadən xəbər verir ki, İran tərəfindən danışıqlarda ölkənin ən nüfuzlu siyasi və hərbi simaları iştirak edəcək.


Nümayəndə heyətinə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf, xarici işlər naziri Seyid Abbas Əraqçi, Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Məhəmməd Baqer Zülqədr və xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi daxildir.


Kanalın məlumatına görə, xüsusilə Məhəmməd Baqer Zülqədrin heyətdə yer alması diqqət çəkir. Belə ki, o, İsrail-ABŞ-nin birgə əməliyyatı zamanı həlak olan Əli Laricanini əvəzləyərək bu vəzifəyə yeni təyin edilib və SEPAH-ın veteran komandirlərindən biri hesab olunur.


Qeyd edək ki, nümayəndə heyətlərinin aprelin 10-da İslamabada çatacağı, birbaşa danışıqların isə aprelin 11-də (Şənbə günü) başlaması gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031