“Razılaşma baş tutmasa, daha böyük qarşıdurma başlayacaq”

9-04-2026, 09:31 929 dəfə baxılıb

 

“ABŞ ordusu İranla razılaşma əldə olunana qədər bölgədə qalacaq”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.


O bildirib ki, İranla tam razılaşma əldə olunana qədər ABŞ hərbi qüvvələri bölgədə qalmağa davam edəcək.


Trampın sözlərinə görə, ABŞ-yə məxsus gəmilər, təyyarələr, silahlar və hərbi personal hazırda İran ərazisi və ətrafında yerləşdirilib və yekun razılaşma əldə edilənədək mövqelərini qoruyacaqlar.


O, həmçinin xəbərdarlıq edib ki, əgər razılaşma baş tutmasa, vəziyyət daha da gərginləşə bilər:


“Əgər hər hansı səbəbdən bu baş verməsə - ki, bu, çox ehtimal olunmur - onda daha böyük və daha güclü qarşıdurma başlayacaq”.


Tramp əlavə edib ki, İranın nüvə silahına malik olmayacağını və Hörmüz boğazının açıq və təhlükəsiz qalacağını gözləyir.


Prezident paylaşımında ABŞ ordusunun hazır vəziyyətdə olduğunu vurğulayaraq, ölkəsinin hərbi gücünün “növbəti addımı gözlədiyini” bildirib.


Qeyd edək ki, ABŞ və İran arasında növbəti danışıqların İslamabad şəhərində keçirilməsi planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031