Atəşkəsdən sonra “Hizbullah” İsraili vurdu

9-04-2026, 08:23 941 dəfə baxılıb

 

“Hizbullah” İsrailin atəşkəsi pozmasına cavab olaraq İsrailin şimalındakı Manara yaşayış məntəqəsinə raket hücumu həyata keçirdiyini açıqlayıb.


“Yenisirvanli.info.az”ın məlumatına görə, açıqlamada bildirilib ki, İsrail atəşkəsi pozmağa davam edir və “Hizbullah”ın hücumu Livanı və xalqını müdafiə məqsədi daşıyır.


“Livanı və xalqımızı müdafiə etmək və düşmənin atəşkəs razılaşmasını pozmasına cavab olaraq İslam Müqavimət Mücahidləri (“Hizbullah”) 9 aprel 2026-cı il, cümə axşamı saat 02:30-da Manara yaşayış məntəqəsinə raket hücumu təşkil edib. Bu cavab ölkəmizə və xalqımıza qarşı İsrail-Amerika təcavüzü bitənə qədər davam edəcək”, - bəyanatda vurğulanıb.


Bu, atəşkəs qüvvəyə mindikdən sonra “Hizbullah”ın İsrailə qarşı həyata keçirdiyi ilk raket hücumu hesab olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031