“Təkliflərimizin bir çoxu artıq razılaşdırılıb”

8-04-2026, 17:17 924 dəfə baxılıb

 

“İran daha uranın zənginləşdirilməsi ilə məşğul olmayacaq”. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb.


“ABŞ İranla sıx əməkdaşlıq edəcək. Uranın zənginləşdirilməsi olmayacaq. ABŞ İranla birlikdə çalışaraq, dərinliklərdəki nüvə “tozu”nu qazıb çıxaracaq”, - o deyib.


Ağ Ev rəhbəri həmçinin tərəflər arasında tarif və sanksiya güzəştləri mövzusunda danışıqlar aparıldığını diqqətə çatdırıb.


ABŞ tərəfindən irəli sürülən 15 bəndlik təklifə də toxunan dövlət başçısı onların bir çoxunun artıq razılaşdırıldığını bildirib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031