Putinlə Paşinyanın həmin görüşü ilə bağlı - İddia

8-04-2026, 16:48 949 dəfə baxılıb

 

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 1-də Kremldə baş tutan görüşdən sonra bağlı qapılar arxasında sərt söhbət aparılıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti öz teleqram kanalında adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.


“Əldə etdiyimiz məlumata görə, Vladimir Putin və Nikol Paşinyan arasında görüşdən sonra bağlı qapılar arxasında daha sərt söhbət baş tutub”, - nəşr iddia edib. 


Mənbələrin sözlərinə görə, Rusiya tərəfi görüşün nəticələrinə əsasən Paşinyanla hər hansı razılığa gəlməyi qeyri-mümkün hesab edib: “Buna görə də, praktiki addımlar atmaq, o cümlədən Paşinyan hakimiyyəti ilə əlaqəli bütün böyük şirkətlərin, müəssisələrin, hətta mədəni təşkilatların Rusiyaya girişini qadağan etmək barədə qərar qəbul edilib”. 


Xatırladaq ki, Moskvada baş tutan görüş zamanı Ermənistan Baş naziri bir sıra açıqlamaları ilə diqqət çəkmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031