Sülh danışıqları bu tarixdə İslamabadda olacaq

8-04-2026, 08:21 927 dəfə baxılıb

 

ABŞ-İran sülh danışıqlarının cümə günü Pakistanda keçirilməsi planlaşdırılır.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Axios” məlumatlı mənbəyə istinadən xəbər yayıb.


Belə ki, ABŞ və İran arasında müharibəyə son qoymaq məqsədilə ilk üz-üzə danışıqların cümə günü İslamabadda keçirilməsi planlaşdırılır.


Bu, müharibənin başlanmasından bəri tərəflər arasında keçiriləcək ilk üz-üzə danışıqlar olacaq.


“Üz-üzə danışıqlarla bağlı müzakirələr aparılır, lakin Prezident və ya Ağ Ev tərəfindən rəsmi elan olunana qədər heç nə qəti deyil”, - Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Axios”a bildirib.


ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, İranla diplomatiyaya Vitse-prezident Ceyms Devid Vensin dəstəyi ilə rəhbərlik etsə də, danışıqlar zamanı rollar dəyişə bilər və Vens ABŞ nümayəndə heyətinə rəhbərlik edə bilər.


Trampın kürəkəni və müşaviri Cared Kuşner də danışıqlarda iştirak edəcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031