“Xamenei huşsuz vəziyyətdədir”

7-04-2026, 11:39 926 dəfə baxılıb

 

“İranın yeni Ali Lideri Müctəba Xamenei hazırda huşsuz vəziyyətdə müalicə alır”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “The Times” qəzeti ABŞ və İsrail kəşfiyyatlarının məlumatlarına istinadən məlumat yayıb. 


Qeyd olunub ki, Xameneinin müalicəsi Qum şəhərində həyata keçirilir. Onun vəziyyətinin ağır olduğu iddia edilib. 


“Müctəba Xamenei Qumda ağır vəziyyətdə müalicə alır və qərarların qəbul edilməsi prosesində iştirak edə bilmir”, - nəşrin istinad etdiyi kəşfiyyat məlumatlarında deyilir. 


Xatırladaq ki, ötən ayın ortalarında Küveytin “AJ Jarida” nəşri Müctəba Xameneinin ölkəyə aviazərbələr nəticəsində yaralandıqdan sonra Rusiyaya aparıldığı və Moskvada yerləşən özəl xəstəxanada müalicə alması barədə xəbər yaymışdı. İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Bəqayi isə yeni Ali Liderin səhhətinin yaxşı olduğunu, onun hazırda davam edən müharibə şəraiti və təhlükəsizlik tədbirləri ilə əlaqədar ictimaiyyət qarşısına çıxmadığını bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031