Tehrandan sərt xəbərdarlıq: "Cəhənnəm qapıları açılacaq"

5-04-2026, 12:17 935 dəfə baxılıb

 

İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qoşun Qərargahının komandanı, general-leytenant Əli Abdullahi ABŞ Prezidenti Donald Trampın təhdidləri fonunda Tehranın ABŞ və İsrailə sərt cavab verməyə hazır olduğunu bəyan edib.


Yenisirvanli.info.az xəbər verir ki, müvafiq açıqlamanı IRNA agentliyi yayıb.


Onun sözlərinə görə, münaqişənin əvvəlindən İran tərəfi verdiyi bütün vədləri yerinə yetirib. Əli Abdullahi əlavə edib ki, ABŞ və İsrailə ünvanlanan mesajda onlar üçün "cəhənnəm qapılarının açılacağı" barədə xəbərdarlıq edilib.


"Bu müharibənin başlanğıcından bəri vəd etdiyimiz hər şeyi icra etmişik və budur bizim sadə mesajımız: cəhənnəm qapıları sizin üçün açılacaq", - deyə o bildirib.


Əli Abdullahi həmçinin vurğulayıb ki, İranın enerji infrastrukturu obyektlərinə hər hansı zərbə İslam Respublikası tərəfindən sərt cavab tədbirlərinə səbəb olacaq. Onun sözlərinə görə, belə bir halda ABŞ və İsrailin regiondakı bütün obyektləri hədəfə alınacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031