“Onlar çox dözümlüdürlər, niyə bizə zəng etmədilər?”

3-04-2026, 08:25 907 dəfə baxılıb

 

“Mən dayananda İsrail də dayanacaq”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində deyib.


O, İranla münaqişəni bitirmək qərarına gəlsə, İsrailin də bu qərara əməl edəcəyini açıqlayıb:


“Onlar nə desəm, onu edəcəklər. İndiyə qədər yaxşı komanda oyunçuları olublar. Mən dayananda, onlar da dayanacaqlar. Təxribata məruz qalmasalar, dayanacaqlar, təxribata məruz qalsalar, başqa çarəsi qalmayacaq. Amma mən dayananda, onlar da dayanacaqlar”.


Tramp həmçinin İranın danışıqlara hazır olduğunu iddia edib:


“Niyə bizə zəng etmədilər? Dünən gecə onların üç əsas körpüsünü partlatdıq. Onlar tamamilə məhv ediliblər. Deyirlər ki, Tramp İranla danışıqlar aparmır. Deməli, bu, əslində, olduqca asan danışıqlardır”.


ABŞ Prezidenti İranın dözümlülüyünü də vurğulayıb:


“Onlar çox dözümlüdürlər. Onlar böyük əzablara dözə bilirlər. Buna görə də mən onlara hörmət edirəm. Əslində, düşünürəm ki, onlar döyüşməkdənsə, danışıqlar aparmaqda daha yaxşıdırlar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031