“Onları daş dövrünə qaytaracağıq”

2-04-2026, 08:39 908 dəfə baxılıb

 

“İrana hücumlar “Epik Qəzəb Əməliyyatı” çərçivəsində başlanıb və strateji məqsədlərin əksəriyyətinə artıq çatıb”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə xalqa müraciətində deyib.


Tramp bildirib ki, ABŞ hücumları zamanı İranın elektrik stansiyaları hədəf ola bilər, lakin neft obyektlərinə toxunmayacaq:


“Bu addım İran xalqına fürsət vermək məqsədi daşıyır. Bu hücumlarla İranı aid olduqları yerə, daş dövrünə qaytaracağıq”.


O deyib ki, ABŞ-nin Hörmüz boğazından keçən neftə qətiyyən ehtiyacı yoxdur:


“Bu, bizə lazım deyil. Hörmüz boğazından neft alan ölkələr bu keçidi qorumaq məsuliyyəti daşıyırlar. Onlar bu keçidi nəzarətə götürməli və dəyərini qiymətləndirməlidirlər. Bunu asanlıqla edə bilərlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031