Bu ölkə də Hörmüzdə minatəmizləməyə qoşula bilər

30-03-2026, 14:41 922 dəfə baxılıb

 

Belçika Hörmüz boğazında təhlükəsiz gəmiçilik marşrutlarının bərpasını hədəfləyən beynəlxalq təşəbbüsə qatılmağa hazır olduğunu açıqlayıb.


“Yenisirvanli.info.az”ın məlumatına görə, ölkə mina təmizləmə və təhlükəsizlik tədbirlərində iştirak üçün müəyyən şərtlərin yerinə yetirilməsini vacib sayır.


Rəsmi mənbələr bildirir ki, Belçikanın bu prosesə qoşulması ilk növbədə bölgədə davamlı atəşkəsin təmin olunmasından və əməliyyatın aydın beynəlxalq mandat əsasında həyata keçirilməsindən asılı olacaq.


Hazırda Hörmüz boğazında gərginlik davam edir. İranla bağlı qarşıdurma səbəbindən regionda gəmiçilik əhəmiyyətli dərəcədə məhdudlaşıb ki, bu da qlobal enerji təchizatına təsir göstərir.


Bundan əvvəl Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və digər ölkələr də təhlükəsiz keçidin təmin olunmasına yönəlmiş oxşar təşəbbüslərdə iştirak etməyə hazır olduqlarını bəyan ediblər.


Belçika hökuməti vurğulayır ki, mümkün iştirak hərbi əməliyyat kimi deyil, daha çox beynəlxalq təhlükəsizlik və logistika missiyası çərçivəsində qiymətləndirilir.


Məsələ ilə bağlı yekun qərarın yaxın günlərdə hökumətin əsas kabineti tərəfindən qəbul ediləcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031