İran BƏƏ-nin ən böyük sənaye mərkəzini vurdu

28-03-2026, 18:49 914 dəfə baxılıb

 

İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı həyata keçirdiyi hava hücumları nəticəsində “Emirates Global Aluminium” (EGA) şirkətinin Əbu-Dabidəki strateji obyekti hədəf alınıb.


“Yenisirvanli.info.az” “Bloomberg”ə istinadən xəbər verir ki, İranın raket və dron zərbələri Əbu-Dabidə yerləşən “Əl-Tavilah” zavoduna ciddi ziyan vurub.


Hücum zamanı müəssisənin bir neçə əməkdaşının yaralandığı bildirilir.


Qeyd edək ki, sözügedən müəssisə regionun ən böyük sənaye mərkəzlərindən biri hesab olunur. Burada nəhəng alüminium əritmə zavodu ilə yanaşı, genişmiqyaslı alüminium emalı kompleksi fəaliyyət göstərir.


Hadisə ilə bağlı zavodun fəaliyyətinin müvəqqəti dayandırıldığı və təhlükəsizlik tədbirlərinin gücləndirildiyi vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031