İsrail İranın raket və dəniz minaları istehsalı zavodunu vurdu

27-03-2026, 15:26 919 dəfə baxılıb

 

İsrailin Hərbi Hava Qüvvələri İranın Yəzd şəhərində yerləşən raket və dəniz minaları istehsalı zavodunu vurub.


Yenisirvanli.info.az -ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF - SAXAL) öz "Telegram" kanalında açıqlama yayıb.


"İsrail Müdafiə Qüvvələri və Hərbi Dəniz Qüvvələri kəşfiyyatının təlimatı ilə hərəkət edən İsrail Hərbi Hava Qüvvələri Yəzddə yerləşən, İran rejimi tərəfindən istismar olunan raket və dəniz minaları istehsalı üzrə əsas obyektə zərbə endirib. İran Hərbi Dəniz Qüvvələri öz raketlərinin və dəniz minalarının əksəriyyətini məhz burada inkişaf etdirir.


Bu zərbə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli rəhbərliyinin məhv edilməsi seriyasının bir hissəsidir və hərbi dəniz qüvvələrinin istehsal imkanlarına əhəmiyyətli zərbədir", - deyə məlumatda bildirilib.


Həmçinin qeyd edilib ki, İsrail Müdafiə Qüvvələri istehsal imkanlarını sarsıtmaq üçün İran rejiminin hərbi sənayesini hədəf almağa davam edir.


Qeyd edək ki, daha əvvəl SAXAL Tehranın mərkəzində İran rejiminin infrastrukturuna genişmiqyaslı zərbələr seriyasını başa çatdırdığını elan etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031