ABŞ İraqdakı vətəndaşlarını ölkəni tərk etməyə çağırdı

26-03-2026, 17:49 902 dəfə baxılıb

 

ABŞ İraqdakı vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə ABŞ-nin Bağdaddakı səfirliyi bəyanat yayıb.


Bəyanatda ABŞ-nin İraqdakı diplomatik nümayəndəliyinin hələ də açıq olduğu, lakin vətəndaşların təhlükəsizlik riskləri səbəbindən Bağdaddakı səfirliyə və ya Ərbildəki konsulluğa gəlməmələri tövsiyyə edilib. Həmçinin İraq hava məkanında raket və dron təhlükəsinin davam etdiyi vurğulanıb.


Qeyd edək ki, İraqın qərbindəki Ənbar vilayətində “Xalq Səfərbərlik Qüvvələri”nin obyektinə hücum edilib. Aviazərbələr nəticəsində 15 döyüşçü, o cümlədən qruplaşmanın Ənbardakı əməliyyatlar komandanı Saad əl-Beyci həlak olub, 30 nəfər yaralanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031