“İrana qarşı hərbi əməliyyatın miqyasını azaltmayacağıq”

25-03-2026, 14:30 910 dəfə baxılıb

 

“ABŞ İran ilə təmaslar dövründə bu ölkəyə qarşı hərbi əməliyyatın miqyasını azaltmaq niyyətində deyil”. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “The New York Times” (NYT) qəzetinə bildirib.


“Prezident Tramp və onun danışıqlar üzrə nümayəndələri (İran ilə - red.) diplomatiyanın bu yeni imkanını araşdırarkən, “Epik Qəzəb” əməliyyatı Ali Baş Komandan və Pentaqon tərəfindən müəyyən edilmiş hərbi məqsədlərə nail olmaq üçün intensivliyi azaldılmadan davam edir”, - o deyib.


Qeyd edək ki, daha əvvəl ABŞ-nin münaqişəyə son qoymaq üçün Pakistan vasitəsilə İrana 15 bəndlik plan təqdim etdiyi barədə xəbər yayılmışdı. Nəşr bildirir ki, Tehranın bu təklifləri qəbul etməyə hazır olub-olmaması və İsrailin ABŞ-nin ideyaları ilə tam razılaşıb-razılaşmaması hələlik aydın deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031