ABŞ-İran müharibəsi bitir? - 15 bəndlik plan

25-03-2026, 09:21 911 dəfə baxılıb

 

ABŞ münaqişəyə son qoymaq üçün İrana 15 bəndlik plan təqdim edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu iddia ilə “New York Times” nəşri çıxış edib.


Nəşrin məlumatına görə, Pakistanın vasitəçiliyi ilə təqdim edilən plan İranın nüvə və raket proqramlarının məhdudlaşdırılmasını, regiondakı qruplaşmalara dəstəyinin dayandırılmasını, Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsini, həmçinin danışıqlar aparılması üçün 1-2 aylıq atəşkəs elan edilməsini nəzərdə tutur. Bu şərtlərin yerinə yetirilməsi müqabilində ABŞ-nin İrana qarşı neft və maliyyə sanksiyalarının qismən aradan qaldırılmasını, həmçinin aktivlərin bir hissəsinin dondurulmasının ləğv edilməsini təklif etməyə hazır olduğu güman edilir. Bundan əlavə, İran üçün iqtisadi stimullar - dünya bazarlarına çıxış, investisiyalar və mülki nüvə energetikasının inkişafına dəstək imkanı nəzərdən keçirilir. 


Bununla belə, İran tərəfinin danışıqlarla bağlı əvvəlki təcrübəni əsas gətirərək Vaşinqtona etibar etmədiyi bildirib.


İddia olunur ki, İran rəsmiləri ABŞ Prezidenti Donald Trampın elçiləri Stiven Uitkoff və Cared Kuşnerlə işləmək istəmədiklərini, indiki halda ABŞ vitse-prezidenti Ceyms Devid Vens ilə dialoq aparmağa üstünlük verdiklərini ifadə ediblər. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031